Ru
13:19 / 14 Sentyabr 2026

Sahil Babayevin müşaviri oldu - FOTO

Sahil Babayevin müşaviri oldu  - FOTO
Eye

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub.

“Bakupost” xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb.

O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, - R.Həsənov bildirib.

Qeyd edək ki, Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub. O, 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində işləyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar