Ru
22:34 / 20 Oktyabr 2026

Şahzadə Diananın illər sonra üzə çıxan sirri

Şahzadə Diananın illər sonra üzə çıxan sirri
Eye

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan “Diana Unheard” (“Eşidilməmiş Diana”) adlı üç hissəli sənədli filmdə bəhs olunur.

Kral ailəsinin bioqrafı Kristofer Andersenin sözlərinə görə, şahzadə Diana ən başından Harrinin “ehtiyat varis” mövqeyinə görə ailədə öz yerini tapmaqda çətinlik çəkəcəyindən narahat olub:

“Diana ilk gündən narahat idi ki, Harri gələcək kral olan qardaşının kölgəsində qalıb solacaq. Diana böyük oğlu Uilyamı yaşından daha müdrik, həssas və gələcək kral məsuliyyətinə hazır bir uşaq kimi görürdü. Uilyam da uşaqlıqdan anasının bu narahatlığını bölüşür və qardaşının hisslərini qorumağa çalışırdı”.

Qeyd edək ki, sənədli filmdə Diananın bioqraf Endryu Morton üçün yazdığı və 1992-ci ildə işıq üzü görən “Diana: Her True Story” (Diana: Onun həqiqi hekayəsi) kitabının əsasını təşkil edən səs yazılarından istifadə olunacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl şahzadə Harrinin anası şahzadə Diana haqqında film çəkə biləcəyi barədə məlumatlar yayılmışdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar