Sasseks hersoqu şahzadə Harri anası, Uels şahzadəsi Diananın xatirəsinə sənədli film çəkməyi planlaşdırır.
"Bakupost" xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat verib.
Məlumata görə, şahzadə Harri filmin nümayişinin anasının ölümünün 30-cu ildönümünə təsadüf etməsini istəyir.
Belə ki, anası, şahzadə Diana 31 avqust 1997-ci ildə vəfat edib.
Britaniya kral ailəsinin üzvü hesab edir ki, sənədli film anasının mirasını ən mənalı şəkildə yad etməyə imkan verəcək.
Nəşrin məlumatına görə, Harri Diananın dostları və ailəsinə, o cümlədən qardaşı Erl Spenserə müraciət edərək, sənədli filmdə iştirak etməyi düşünüb-düşünməyəcəklərini soruşub.
Nəşr qeyd edir ki, filmlə bağlı hələlik yekun qərar verilməyib. Şahzadə hazırda anasının xatirəsini yad etmək üçün bir neçə variantı nəzərdən keçirir.