Bu gün Yayım Assosiasiyası və Nəsimi rayonu MKS-in birgə təşkilatçılığı ilə şair Samir Əfsəroğlu ilə oxucuların görüşü keçirildi.
Görüşdə Nəsimi rayonu ərazisində yaşayan oxucular, rayon kitabxanalarının oxu şöbələrinin əməkdaşları və tanınmış ziyalılar iştirak edirdilər.
Giriş sözü ilə qonaqları salamlayan Nəsimi MKS-in direktoru Nəsibə Mehdiyeva tədbirin təşkilinə görə Yayım Assosiasiyasına və təşkilatın rəhbəri Yaşar Zeynalova minnətdarlığını bildirdi. Sonra Yaşar Zeynalov da Yayım Assosiasiyasının məqsədi haqqında məlumat verərək belə tədbirlərin əhəmiyyətindən, oxuculara faydasından danışdı.
Səmimi, aktiv şəraitdə keçən görüşdə oxucuların çoxsaylı sualları şair Samir Əfsəroğlu tərəfindən cavablandırıldı. Şair son illərdə Vətən, ana, şəhidlərimiz və s mövzularda qələmə aldığı yeni şeirlərini səsləndirdi.
Görüşdə qonaq qismində iştirak edən, üç mindən artıq şəhidə mahnı bəsdələyən bəstəkar Ruslan Səfəroğlu, yazıçı Sevinc Rza şairin yaradıcılığı haqqında fikirlərini söylədilər. Nəsimi rayonu 3 saylı kitabxana filialının direktoru Dilşad Məmmədova kitabxanaçı Pərvin Mehdiyeva və digər iştirakçılar Samir Əfsəroğluna suallar verdilər, şairin qələmə aldığı şeirlərindən səsləndirdilər.