Ru
19:32 / 29 May 2026

“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj

“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
Eye

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqına (Aİ) yönəlik sərt açıqlama verib.


Bakupost.az xəbər verir ki, Medvedev sosial şəbəkə hesabında bildirib ki, Aİ Rusiyaya qarşı “tək tərəfli müharibə” aparır və Avropa vətəndaşları buna hazır olmalıdır.

“Aİ ölkələrinin vətəndaşları başa düşməlidir ki, rəhbərlikləriniz Rusiya ilə tək tərəfli şəkildə müharibəyə girib. Buna görə heç nəyə təəccüblənməyin. Sakit yuxu sona çatdı. Amma bunun səbəbini kimdən soruşacağınızı bilirsiniz,” – deyə o qeyd edib.

Digər tərəfdən, Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hücumları zamanı bir pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olaraq yaşayış binasına düşdüyünü və nəticədə 2 nəfərin yaralandığını açıqlayıb.

Rumıniya Prezidenti Nikusor Dan isə Rusiyanın Konstanta Baş Konsulunun “arzuolunmaz şəxs” elan edildiyini və şəhərdəki Rusiya konsulluğunun bağlanacağını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar