Ru
23:40 / 04 Oktyabr 2026

Salyanda ağır qəza - Yaralılar var - VİDEO

Salyanda ağır qəza -  Yaralılar var - VİDEO
Eye

Bu gün axşam saatlarında Salyan istiqamətində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

"Bakupost" "Nocomment.az"a istinadla xəbər verir ki, qəza nəticəsində ağ rəngli "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq körpünün kənarındakı dəmir səddə (təhlükəsizlik arakəsməsinə) çırpılıb.

Görüntülərdən məlum olur ki, zərbənin gücündən körpünün dəmir boru səddi birbaşa maşının kapotundan girərək ön hissəni və mühərrik bölməsini tamamilə deşib, salonun istiqamətinə daxil olub.

Qəza zamanı avtomobilin təhlükəsizlik yastıqları açılıb, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qəza nəticəsində ağır yaralıların olduğu bildirilir.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar