Ru
16:10 / 31 Oktyabr 2025

Sam Sung adını dəyişdi - "Bezmişdim"

Sam Sung adını dəyişdi - "Bezmişdim"
Eye

Kanadanın Vankuver şəhərindəki “Apple” mağazasının əməkdaşı Sam Sung 2012-ci ildə təsadüfən internet fenomeninə çevrilmişdi. Müştərilərdən biri onun vizit kartını paylaşdıqdan sonra Sunq bir anda fenomen oldu. Səbəb isə sadə idi: “Apple” işçisinin adı texnologiya nəhəngi “Samsung” ilə demək olar eyni idi.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, foto qısa müddətdə milyonlarla dəfə paylaşılaraq viral oldu. Sung həmin günləri belə xatırlayır: “Yarımştat işləyirdim, birdən telefonum dayanmadan zəng çalmağa başladı. Əvvəlcə elə bildim, ailəmdən kimsə ölüb”.

“Apple” hadisəni sakit qarşıladı, vizit kartlarını geri topladı və Sungu müvəqqəti başqa şöbəyə keçirdi.

“İlk düşündüyüm şey, bu paylaşımlar üzündən işimi itirəcəyim idi”, – deyən Sunq indi həmin dövrü gülərək xatırlayır:

“Əslində o vaxt “Apple”də məndən təhlükəsiz heç kim yox idi”.

Bir il sonra şirkətdən ayrılan Sung insan resursları sahəsində karyerasını davam etdirdi. 2014-cü ildə sonuncu “Apple” vizit kartını və iş geyimini hərraca çıxarıb 2 500 dollar xeyriyyə məqsədilə ianə etdi.

İllər sonra isə o, tanınmış soyadını Struana dəyişib:

“Bu yeni soyadı daşımaqdan məmnunam. Bəlkə o hadisə olmasaydı, bunu heç vaxt etməzdim”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar