Ru
10:21 / 30 Sentyabr 2026

Şamaxıda sakinlər yolu öz hesablarına təmir edirlər - VİDEO

Şamaxıda sakinlər yolu öz hesablarına təmir edirlər  - VİDEO
Eye

Şamaxının Göylər kəndində sakinlər kənddaxili yolun təmirinə öz vəsaitləri hesabına başlayıblar.

"Bakupost" xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.

Belə ki, kənd sakinləri həm gediş-gəliş asanlaşdırmaq, həm də şəhid Müşfiq Məcidovun xatirəsini əbədiləşdirmək üçün yolu təmir etməyə qərar veriblər.

Kənd camaatı öz aralarında pul toplayaraq lazımi materialları alıb və təmir işlərinə başlayıb.

Görüntülərdə diqqət çəkən məqam sakinlərin yol örtüyü üçün asfalt deyil, mişar daşlardan istifadə etməsidir. Onlar bu üsulun yolun daha uzun müddət yararlı qalmasına imkan verəcəyini düşünürlər.

Lalə, BakuPost




Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar