Ru
22:07 / 09 Oktyabr 2026

Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş il sonra yayımlandı - VİDEO

Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş il sonra yayımlandı -  VİDEO
Eye

Dünyaca məşhur müğənni Sami Yusuf "Qarabağımsan" adlı mahnısını təqdim edib.


"Bakupost" Oxu.Az-a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, musiqi kompozisiyası beş il əvvəl hazırlanıb. Müğənninin sözlərinə görə, bu əsər Qarabağın insanlarına və həmin gözəl diyara ünvanlanmış sevgi məktubu, sevgi nəğməsidir. Əsər COVID-19 pandemiyası dövründə yazılıb.

Sami Yusuf paylaşımında bildirib:

"Musiqiçilər və xor üzvləri müxtəlif günlərdə və gecələrdə öz ifalarını lentə aldılar. Onların bir çoxu Dövlət Filarmoniyasının üzvləri, digərləri isə ənənəvi Azərbaycan musiqi alətlərinin tanınmış ustalarıdır. Bu əsəri sifariş edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də layihənin əsas hərəkətverici qüvvəsi olan professor Sevda Məmmədəliyevaya səmimi təşəkkürümü bildirirəm".

Qeyd edək ki, əsərin sözləri Aytən İsmixanovaya məxsusdur.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar