Ru
20:24 / 31 İyul 2026

Samir Şərifova yeni vəzifə verildi

Samir Şərifova yeni vəzifə verildi
Eye

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.


"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar qəbul olunub.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək.

Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar