Ru
13:42 / 08 Oktyabr 2026

“Samsung”un rekord qazancı: Üç aya 80 milyard dollar

“Samsung”un rekord qazancı: Üç aya 80 milyard dollar
Eye

“Samsung Electronics” süni intellektə olan güclü tələbin çip biznesini dəstəkləməsi fonunda üçüncü rübdə rekord fəaliyyət mənfəəti açıqlayıb.

“Bakupost” xəbər verir ki, şirkətin ilkin hesablamalarına əsasən, üçüncü rübdə fəaliyyət mənfəəti 107,4 trilyon von (80,2 milyard dollar) təşkil edib. Bu, “Samsung” tarixində ilk dəfə mənfəətin 100 trilyon vonu keçməsi deməkdir.

Fəaliyyət mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 782% artdığı, gəlirin isə təxminən 195 trilyon vona çataraq 127% yüksəldiyi bildirilir.

Buna baxmayaraq, “Samsung”un səhmləri 0,7% ucuzlaşıb. Analitiklər şirkətin rekord mənfəət əldə etməsinə baxmayaraq, nəticələrin bazar gözləntilərindən aşağı olduğunu bildiriblər.

Süni intellektə yatırımların artması yaddaş çiplərinə tələbi gücləndirir. Xüsusilə süni intellekt agentlərinin adi çatbotlarla müqayisədə daha çox yaddaş tələb etməsi çip bazarında tələbin yüksək qalmasına səbəb olur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar