Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya daha 5 nəfər gətirilib.
Bunlar 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Günay Əliyeva, 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyevdir.
Onlar Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Hazırda tibb müəssisəsində müalicələri davam etdirilir.
Bununla da zəhərlənən şəxslərin sayı 10-a çatıb.
***
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.
"Bakupost” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə səbəbilə 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırma aparılır.