Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasının rəhbəri Samvel Karapetyanın ev dustaqlığı müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qərarda qeyd edilir ki, siyasi proseslər və "Güclü Ermənistan" partiyasının onlarda iştirakı nəzərə alınaraq, ev dustaqlığının çəkildiyi yer Taşir şəhərindən İrəvana dəyişdirilib.
S.Karapetyana KİV nümayəndələri, siyasətçilərlə görüşlər keçirmək və müsahibələr vermək icazəsi verilib. Hər növ rabitə, o cümlədən yazışma və telefon ünsiyyəti də mümkündür. Eyni zamanda iş üzrə digər fiqurantlarla ünsiyyət qadağan edilir.
S.Karapetyan 2025-ci il iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə saxlanılmışdı və iki ay müddətinə həbs edilmişdi, sonradan həbs müddəti bir neçə dəfə uzadılmışdı.