Ru
20:18 / 19 Oktyabr 2026

Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı

Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı
Eye

Rusiyanın Sankt-Peterburq şəhərində beş xəstədə meymunçiçəyi virusu aşkarlanıb.

"Bakupost" TASS-a istinadən xəbər verir ki, bu barədə Botkin adına Klinik İnfeksion Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.

"Diaqnoz təsdiqlənib. Xəstələr müalicələrini davam etdirirlər, vəziyyətləri stabildir, xəstəliyin gedişi orta və yüngül ağırlıqdadır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 15-də Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti Moskva vilayətində mümkün meymunçiçəyi xəstəliyi halı barədə məlumat aldıqdan sonra sanitar-epidemioloji araşdırmaya başlayıb. Qurum ehtimal olunan xəstə və mümkün yoluxma şəraiti barədə məlumat verməyib.

Meymunçiçəyi (Mpox), əsasən, Mərkəzi və Qərbi Afrikada tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə yayılan virus xəstəliyidir. Xəstəliyin heyvandan insana ilk yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikası ərazisində qeydə alınıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar