Ru
14:06 / 26 May 2026

Sarı və narıncı xəbərdarlıq verildi - Bu tarixlərdə

Sarı və narıncı xəbərdarlıq verildi -  Bu tarixlərdə
Eye

Sabah küləyin sürəti güclənəcək.

Bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 27-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar