Ermənistanda ölkənin üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb.
Baş Prokurorluq hesab edir ki, Sarkisyan 2004-cü ildə bazar dəyərindən aşağı qiymətə aparılan böyük bir daşınmaz əmlak əməliyyatında iştirak edib.
“Bakupost” yerli KİV-lərə istinadən xəbər verir ki, Sarkisyanın Müdafiə Nazirliyinə rəhbərlik etdiyi həmin dövrdə quruma məxsus olan Araqatsotn bölgəsindəki "Vana Liç Draxt" istirahət zonası bir şəxsə 500.000 dollara satılıb. Baxmayaraq ki, özəlləşdirmədən cəmi bir il sonra bazar dəyəri 700.000 dollar olaraq qiymətləndirilib.
Bundan əlavə, əmlak heç bir hüquqi və ya müqavilə əsası olmadan bir şəxsə icarəyə verilib və sonradan onun mülkiyyətinə 115 milyon dram (cari məzənnə ilə 314.000 dollar) verilib.
Rüfət Sultan,
BakuPost