Ru
23:18 / 21 Oktyabr 2026

Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

Sayğac var, amma abonent kodu yoxdur -  VİDEO
Eye

Binanın suyu var, hətta sayğaclar da var, amma abonent kodu yoxdur. Bu binada yaşayan sakinlərin dərdi bununla bitmir. Hətta, yaxınlıqda olan anbardan sızan su binanın özülünü məhv edir.

"Bakupost" xəbər verir ki, söhbət Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivi "Sahil S" mtk-nın binasından gedir.

Burada yaşayan sakinlər bildirilər ki, 2 ildən artıqdır binada suya görə sayğaclar qoyulub, amma abonent kodu verilmir deyə su pulunu ödəyə bilmirlər.

Binanın problemi təkcə bu deyil. Yaxınlığında ərazini su ilə təmin edən anbar var. 1 ilə yaxındır həmin anbardakı problem binanın qəzalı vəziyyətə düşməsinə səbəb olur.

Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qruma müraciət etsələr də həll olunmadığını deyirlər.

Mövzu ilə bağlı daha ətraflı "Xəzər xəbər"in videomaterialında:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar