Ru
13:42 / 31 İyul 2026

“Sea Breeze”də ilk uşaq doğuldu: Emin Ağalarovun sevinci - VİDEO

“Sea Breeze”də ilk uşaq doğuldu: Emin Ağalarovun sevinci  - VİDEO
Eye

Tanınmış biznesmen və müğənni Emin Ağalarov "Referans Sea Breeze Hospital"da ilk körpənin dünyaya gəldiyini açıqlayıb.

"Bakupost" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.

Bildirib ki, yeni fəaliyyətə başlayan tibb müəssisəsində doğulan ilk uşaq qızdır.

Emin Ağalarovun sözlərinə görə, körpənin adı Banudur. Onun çəkisi 2,8 kiloqram, boyu isə 50 santimetrdir.

Ağalarov paylaşımında Banuya sağlam və xoşbəxt ömür arzulayıb. O, həmçinin bu münasibətlə körpənin valideynləri Nigar xanım və Kənan bəyi təbrik etdiyini, anaya gül dəstəsi göndərdiyini də qeyd edib.

Rüfət Sultan,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar