Azərbaycan idmançısı Elmir Rzali natural bodibildinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.
Bakupost.az xəbər verir ki, Azərbaycan çempionu olan Elmir Rzali beynəlxalq yarışda da uğurlu çıxış edərək Avropa ikincisi adını qazanıb.
Uzunmüddətli hazırlıqdan sonra bu uğura imza atan idmançı Yardımlı rayonunun Bilnə kəndindəndir.
Qeyd edək ki, Elmir Rzali Vətən uğrunda şəhid olmuş Əli Rzalının qardaşıdır.