Ru
09:13 / 12 Oktyabr 2026

Şəhidin qardaşı faciəvi şəkildə öldü - FOTO

Şəhidin qardaşı faciəvi şəkildə öldü  - FOTO
Eye

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, dəm qazından boğulan Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu məlum olub.

Qeyd edək ki, dəm qazından boğulan Məzahir Məcdunov sahibkar imiş. Onun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı olub. O, fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar

Xatırladaq ki, Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar