Ru
09:46 / 14 Noyabr 2025

Şəhidlər son mənzilə yola salınır – Xalq onları izdihamla qarşıladı

Şəhidlər son mənzilə yola salınır – Xalq onları izdihamla qarşıladı
Eye

Gürcüstanda qəzaya uğrayan və “C-130” hərbi yük təyyarəsində şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 20 hərbçi bu gün son mənzilə yol salınacaq.

Bakupost.az xəbər verir ki, aparılan axtarış-xilasetmə işlərindən sonra şəhidlərin nəşləri dünən axşam Silahlı Qüvvələrə məxsus “A-400M” təyyarəsi ilə Ankaradakı Mürted Hərbi Hava Bazasına gətirilib.

Daha sonra nəşlər tibbi ekspertizaya aparılıb. Əllərində Türkiyə bayraqları ilə ekspertiza binasının önünə toplaşan vətəndaşlar şəhidləri hərbi salamla qarşılayıb.




Ankara Məhkəmə ekspertizasında şəxsiyyətin müəyyənləşdirilməsi prosesləri tamamlandıqdan sonra şəhidlərin nəşləri Mürted Hava Bazasına qaytarılıb. Bu gün Hava Bazasında keçiriləcək rəsmi mərasimdən sonra doğulduqları məmləkətlərə yol salınıb.

3 şəhid Ankaradakı Ahmet Hamdi Akseki Məscidində qılınacaq günorta namazından sonra, digər 17 şəhidin dəfni isə doğulduqları bölgələrdə torpağa tapşırılacaq.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar