Ru
20:11 / 21 Sentyabr 2026

Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ

Səhiyyə Nazirliyi deputat Səyyad Arana  CAVAB VERDİ
Eye

Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə naziri Teymur Musayev tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Bakupost" xəbər verir ki, qurum məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir".

Qeyd edək ki, S.Aran Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deyib

"Tutaq ki, səhiyyə ilə bağlı qurumun rəhbəri rayonda qəbul keçirməyə gedir. Səhiyyə naziri qəbula gedir, ətrafı elə kəsdirirlər ki, nazirə yaxın düşmək olmur. Həm də əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alırlar və onları qəbula buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm. Qəbuldan çıxanda da bu nazirləri elə aradan çıxarıb göndərirlər Bakıya! Əsl şikayəti olan adam naziri görə bilmir. Ay nazir, gir Bəhrəmtəpəyə, kəndlərə, camaatın içinə gir. İmişlidə iki böyük kənd var. İki ildir bu camaat su deyib mələyir. Bizim səlahiyyətimiz də yoxdur. Bir artezian quyusudur da. Bunu çək də. Bizə səlahiyyətlər verilməlidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar