Ru
17:09 / 30 Sentyabr 2026

Şəhla Aslanın yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

Şəhla Aslanın yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
Eye

Təhsil idarəçiliyi sahəsində tədqiqatlar aparan, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla Aslanın “Eğitim Yönetiminde İnsan ve İlişkiler” (“Təhsilin idarə edilməsində insan və münasibətlər”) adlı yeni elmi-tədqiqat əsəri çapdan çıxıb.

"Bakupost" xəbər verir ki, kitab təhsilin idarə edilməsinə yalnız inzibati struktur, qayda və mexanizmlər prizmasından deyil, həm də insan amili və insanlararası münasibətlər kontekstindən yanaşması ilə diqqət çəkir.

Müəllif bu əsərində təhsil mühitinin formalaşmasında rəhbər–əməkdaş münasibətlərinin, müəllimlərin peşəkar əməkdaşlığının və birgə öyrənmə prosesinin əhəmiyyətini elmi-nəzəri müstəvidə araşdırır.

Nəşrin elmi əsasını müəllifin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda Təhsil İdarəçiliyi ixtisası üzrə müdafiə etdiyi doktorluq dissertasiyası təşkil edir. Əsərdə liderlik, rəhbər–əməkdaş qarşılıqlı əlaqəsi, sosial əlaqələr, müəllimin rifahı və peşəkar öyrənmə birlikləri əsas anlayışlar kimi ön plana çıxır. Müəllif bu anlayışları bir-birindən ayrı şəkildə deyil, təhsil mühitini formalaşdıran qarşılıqlı əlaqəli proseslər kimi nəzərdən keçirir.

Müəllifin yanaşmasına görə, təhsil mühitinin keyfiyyətini müəyyənləşdirən yalnız proqramlar, qaydalar, strukturlar və resurslar deyil. Təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişən əsas qüvvə insandır. İnsanlar arasında qurulan münasibətlər, qarşılıqlı etimad, bölüşülən peşəkar təcrübə və birlikdə öyrənmək bacarığı təhsil mühitinin inkişafının mühüm komponentlərini təşkil edir.
Dr. Şəhla Aslanın yeni kitabı təhsil müəssisələrinə yalnız idarə olunan təşkilatlar kimi deyil, insanların qarşılıqlı münasibətlər qurduğu, təcrübələrini bölüşdüyü və birlikdə inkişaf etdiyi sosial mühit kimi baxmağa imkan verən elmi yanaşması ilə seçilir.
“Eğitim Yönetiminde İnsan ve İlişkiler” idarəçilik, xüsusilə təhsil idarəçiliyi, liderlik və müəllimlərin peşəkar inkişafı sahələrində çalışan mütəxəssislər, təhsil idarəçiləri, müəllimlər və tədqiqatçılar üçün faydalı elmi mənbə kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, kitab Dr. Şəhla Aslanın sayca beşinci kitabıdır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar