Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistin vəkili Yaqub Nəcəfli məhkəmənin apellyasiya şikayətini təmin etmədiyini və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxladığını bildirib.
Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.
Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.
Cənab nazir allahin salam üzərinizdə olsun.size yazmaqda məqsədim aıle vəziyyətinin çətin olmasi.iki övladım var gələcəyin əsgəri.yardimlı rayon bozayran kənd sakininin.dost iş mərkəzində işləyirəm 378 manat əmək haqqı alıram.sosial yardım uçun senət ötürdüm. Sizdən xaiş edirem size uzadılan əlimi boş qoymayasiniz.əvəlcədən öz təşəkkürümü bildirirəm