Müğənni Niyam Salami çalışdığı məkanda ona qarşı haqsızlıq edildiyini iddia edib.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin sahibindən şikayətlənib. Niyam həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini iddia edib:
“İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qaynına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.
N.Salami daha sonra keçmiş iş yeri ilə bağlı yaşadığını iddia etdiyi problemlərdən danışıb:
“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbr etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Orada 1 manata qutab reklamı verirdilər. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.