Ru
09:08 / 01 Dekabr 2025

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi – İsmayıllıda qalmaqal – VİDEO

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi – İsmayıllıda qalmaqal – VİDEO
Eye

İsmayıllı rayonunun Heydər Əliyev prospektində yerləşən 111 və 113 saylı binaların sakinləri istilik problemi ilə üzləşiblər.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, onlara göndərilən bildirişlərdə borc səbəbindən istilik verilməyəcəyi qeyd edilib. Ancaq hər iki binada yaşayanlar istilik təchizatı üzrə heç bir borclarının olmadığını və bu barədə öz aralarında yoxlama apardıqlarını da deyirlər.

Sakinlərin iddialarına görə, əvvəl binaların istilik sisteminə nəzarət edən Elşad Hacıyev pulları yığıb və mənimsəyib. Hazırda isə borc vətəndaşların üzərində qlıb.

Vətəndaşların adını çəkdiyi Elşad Hacıyevlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.

“Azəristiliktəchizat” ASC-dən isə bildirildi ki, sözügedən iki binanın ümumilikdə 4 min manat borcu var.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar