Ru
20:30 / 18 Sentyabr 2026

Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK

Sentyabrın 21-dək bunu etməyənlər 40 manat  CƏRİMƏ EDİLƏCƏK
Eye

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür.


"Bakupost" xəbər verir ki, bu barədə "Yeni Sabah"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:

uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;

əlavə dəyər vergisi;

aksizlər;

yol vergisi;

mədən vergisi;

daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;

pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.

Qeyd edilib ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergi tutulan əməliyyatlar aparan, vergi tutma obyekti olan ödəyicilər tərəfindən bəyannamənin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar