Ru
23:55 / 03 Fevral 2026

SEPAH ABŞ gəmisinə hücum etdi – PUA-sı vuruldu

SEPAH ABŞ gəmisinə hücum etdi – PUA-sı vuruldu
Eye

Bu gün İrana məxsus “Shahed-139” pilotsuz uçuş aparatı ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyanına yaxınlaşmağa cəhd edib. Gəmidən qalxan “F-35” qırıcısı PUA-nı vurub.

Bakupost.az “Axios”a istinadən xəbər verir ki, bir qədər sonra SEPAH-a məxsus iki sürət kateri ABŞ ticarət gəmisinə yaxınlaşıb. İran qüvvələri gəmini ələ keçirməyə çalışıblar. Yaxınlıqdakı hərbi gəmi hadisə yerinə yönəldikdən sonra iranlılar qaçmağa məcbur olublar.

Məlumata görə, İran hökuməti fevralın 6-da Türkiyədə (İstanbul) ABŞ nümayəndə heyəti ilə planlaşdırılan görüşdən imtina edib. İran tərəfi görüşün Omanda, başqa ölkələrin iştirakı olmadan ikitərəfli formatda keçirilməsini və yalnız nüvə mövzusunun müzakirəsini istəyib.

İranın öz mövqeyini sərtləşdirməsi diqqətlərdən qaçmayıb. Tehranın bu əminliyi ABŞ-nin ehtiyatlı hərəkətləri nəticəsində meydana gəlib. Belə ki, Trampın hərbi variantı seçməyə həvəsli olmadığını Tehran da görür. O, hücum əmri verərsə, İranın cavab addımları bölgədə böyük müharibəyə, vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracağından ehtiyatlanır. ABŞ prezidenti uzun sürəcək müharibəni qəti istəmir.

Fars-molla rejimi isə bütün bunları ABŞ-nin zəifliyi kimi qiymətləndirir. Tehran Trampı geri çəkilməyə vadar edəcəyini düşünür. Bununla da Əsədin devrilməsi ilə başlayıb və 12 günlük müharibə zamanı yerlə bir olan nüfuzunu bərpa edəcəyini düşünür. Amma bu düşüncəyə qapılıb rasionallıqdan uzaqlaşmaq İrana baha başa gələ bilər.

FATEH, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar