İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu açıqlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Sərdar Əzmayinin sözlərinə görə, ABŞ ordusuna məxsus "Saildrone" adlı pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında hədəfə alınıb.
SEPAH komandanı bildirib ki, Hörmüz boğazı bağlanıb və İran qüvvələrinin kəşfiyyat nəzarəti və "ağıllı idarəetməsi" altındadır.
Qeyd edək ki, bu sualtı qayıq külək və günəş enerjisi ilə işləyən, okean məlumatlarının toplanması, dəniz təhlükəsizliyi və xəritəçəkmə üçün nəzərdə tutulmuş pilotsuz dəniz aparatıdır.