İran xüsusi xidmət orqanları İsrailin Meksikadakı səfirinə sui-qəsd hazırlayıb.
Bakupost.az xəbər verir ki, bu iddia ilə "Axios" portalı məlumat yayıb.
Nəşr adı çəkilməyən ABŞ və İsrail rəsmilərinə istinadən iddia edib ki, sui-qəsd İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən hazırlanıb.
Planın 2024-cü ilin sonlarında başladığı və 2025-ci ilin birinci yarısına qədər davam etdiyi iddia edilir.
Hədəf İsrailin Mexikodakı səfiri Einat Kranz-Niger olub. Nəşrin məlumatına görə, Meksika kəşfiyyatı yayda İranın Venesueladakı səfirliyində işləyən və Latın Amerikasında agentlər cəlb edən Qüds Qüvvələrinin rəsmisi tərəfindən təşkil edilmiş sui-qəsdin qarşısını alıb.
"Sui-qəsdin üstü açılıb və hazırda heç bir təhlükə yoxdur", - ABŞ rəsmisi bildirib.
Sui-qəsdin əsas təşkilatçısı isə İrana qayıdıb.