17:43 / 02 Dekabr 2025
SEPAH qərargahının vurulma anı – VİDEO
280
İranın dövlət televiziyası yenidən 12 günlük müharibə ərzində İsrailin raket hücumları nəticəsində SEPAH-ın hərbi bazalarına dəymiş zərbələrin görüntülərini paylaşıb.
Videolar yayımlandıqdan sonra İsrail hökumətinin keçmiş farsdilli sözçüsü Beni Sabti “X” hesabındakı paylaşımında, “İran rejiminin radar bazasına İsrail raketlərinin dəydiyini göstərən ilk videodan sonra SEPAH İsrail hücumlarına məruz qalan Hərbi Hava Qüvvələrinin bazalarının daha çox videosunu paylaşıb. Heç kim İran rejiminin uğursuzluğunu göstərən bu videolarla niyə özünü utandırdığını başa düşmür”, – yazıb.
Bu görüntülər 12 günlük müharibə ərzində İsrailin İrandakı hərbi hədəflərinə hava hücumları kampaniyasının bir hissəsi olaraq ortaya çıxıb.
Cavid, BakuPost