Ru
15:26 / 17 Mart 2026

SEPAH sərhəddə xəbərdarlıqsız atəş əmri verdi

SEPAH sərhəddə xəbərdarlıqsız atəş əmri verdi
Eye

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin İraqla sərhəd bölgələrində hərbi vəziyyət elan edərək bütün hərəkətliliyi qadağan edib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, İran mətbuatı və regional mənbələrin yaydığı məlumata görə, hazırda sərhəd zonasında istənilən növ hərəkət qəti şəkildə qadağan olunub və hərbçilərə ən kiçik şübhə yarandığı təqdirdə xəbərdarlıq etmədən birbaşa atəş açmaq (atəşlə məhv etmək) əmri verilib.

Məlumata görə, SEPAH-ın bir hissəsi və İranın sərhəd qoşunları əvvəlki mövqelərini tərk edərək yaşayış məntəqələrinə və ətrafdakı strateji yüksəkliklərə yenidən yerləşdirilib. Bu qəfil dislokasiya və sərt əmrlər bölgədə gərginliyin pik həddə çatdığını, eyni zamanda rejimin mümkün daxili iğtişaşlar və ya xarici kəşfiyyat qruplarının sızması qorxusu ilə hərəkət etdiyini göstərir.

Xüsusilə Müctəba Xameneinin ABŞ-ın atəşkəs təklifini rədd etməsindən sonra sərhədlərin bu cür qapadılması və hərbçilərə "vur" əmrinin verilməsi İranın həm daxili, həm də xarici təhlükələrə qarşı ən radikal müdafiə rejiminə keçdiyinin sübutudur.

Analitiklər hesab edirlər ki, hərbi vəziyyətin elan olunması həm də orduda artan fərarilik hallarının qarşısını almaq və sərhəd boyu nəzarəti SEPAH-ın tam diktəsi altına salmaq məqsədi daşıyır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar