Serbiya Prezidenti Aleksandr Vuçiç 25-26 sentyabr tarixlərində istefa verəcəyini bildirib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra o, siyasi karyerasını hökumət başçısı kimi davam etdirmək istəyir.
Xatırladaq ki, onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatır. Ölkə konstitusiyası isə onun ardıcıl üçüncü müddətə namizədliyini irəli sürməsini qadağan edir.
İki gün əvvəl isə Vuçiç parlamenti buraxaraq, 25 oktyabra növbədənkənar seçkilər təyin edib.
Bu əsasda hakim Serbiya Tərəqqipərvər Partiyası seçkilərdə qalib olacağı təqdirdə Vuçiçin baş nazirliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, Vuçiç 2017-ci ildən Prezident postunu tutub. Ona qədər, 2014-2017-ci illərdə isə ölkənin baş naziri olub.
Rüfət Sultan,
BakuPost