Ru
00:18 / 02 Sentyabr 2026

Serdar Ortaç illər sonra etiraf etdi

Serdar Ortaç illər sonra etiraf etdi
Eye

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. Sənətçi uzun illər həyatına təsir edən bəzi vərdişlərindən uzaqlaşdığını açıqlayıb.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, Ortaç Amasyanın Suluova rayonunda keçirilən konsert zamanı səhnədən pərəstişkarları ilə söhbət edib. Müğənni bu zaman spirtli içki, siqaret və qumarı tərgitdiyini bildirib. O, bundan sonra yalnız musiqisinə və səhnə fəaliyyətinə diqqət ayırmaq istədiyini vurğulayıb.

Serdar Ortaç açıqlamasında həyatında bir çox şeyi geridə qoyduğunu deyib. Sənətçi “İçkini, siqareti, eşqi, məşqi, qadın məsələlərini hamısını buraxdım. Qumarı da tərgitdim. Artıq yalnız sizin üçün mahnı oxuyacağam. Depressiya da yoxdur” sözlərini səsləndirib.

Müğənninin xüsusilə qumarla bağlı açıqlaması diqqət çəkib. Serdar Ortaç daha əvvəl də bu vərdişinin həyatında yaratdığı problemlərdən danışıb və qumarın ona həm maddi, həm də mənəvi baxımdan ciddi təsir göstərdiyini etiraf edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar