Ru
16:53 / 21 İyul 2026

Sərdar Ortaçın son halı sevənlərini sarsıtdı: “Ayaq üstə dura bilmirəm”

Sərdar Ortaçın son halı sevənlərini sarsıtdı: “Ayaq üstə dura bilmirəm”
Eye

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç klip çəkilişi zamanı çətin anlar yaşayıb.

"Bakupost" yerli mətbuata istinadən xəbər verir ki, ayağa qalxmaqda çətinlik çəkən sənətçi çəkilişi oturaraq başa vurub. Jurnalistlərə açıqlama verən Ortaç səhhətinin pisləşdiyini və 30 gün xəstəxanada müalicə aldığını bildirib:

“Ayaqlarım çox pis vəziyyətdədir. 30 gün xəstəxanada qaldım. Hələ də ayaq üstə çox dayanmamağa çalışıram. İnşallah, bir neçə günə tam toparlanaram”.

Xatırladaq ki, bir müddət əvvəl Serdar Ortaçın vəziyyətinin ağırlaşdığı və konsertlərini təxirə saldığı barədə xəbərlər yayılmışdı.

Röya Rizvanzadə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar