Ru
11:16 / 12 Avqust 2025

Sərkisyanın partiyası Vaşinqton sazişinə qarşı çıxdı

Sərkisyanın partiyası Vaşinqton sazişinə qarşı çıxdı
Eye

Ermənistanın Respublika Partiyası Vaşinqtonda imzalanan sənədlə bağlı bəyanat yayıb.

Bakupost.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Bəyanatda qeyd edilir ki, imzalanan sənəd kapitulyasiya xarakteri daşıyır və Ermənistanın maraqlarını nəzərə almır.

Partiya iddia edib ki, memorandum Artsaxda "etnik təmizləmə"ləri legitimləşdirir, erməni əsirlərin azad edilməsini nəzərdə tutmur, ölkənin təhlükəsizliyinə zəmanət vermir və erməniləri geri qayıtmaq hüququndan məhrum edir. Xüsusi narazılığa səbəb isə ATƏT-in Minsk qrupunun faktiki olaraq buraxılmasına razılıq olub.

Bəyanatda vurğulanır ki, hazırkı hakimiyyətin birtərəfli güzəştlər kursu Ermənistanın suverenliyini və hərbi-siyasi tarazlığını sarsıdır, onun təhlükəsizliyini təhdid edir:

"Partiya bütün erməni əsirlərinin prioritet olaraq azad edilməsini, Azərbaycan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını, ermənilərin geri qayıtmaq hüququnun təsbit edilməsini və beynəlxalq səviyyədə tanınmış təhlükəsizlik zəmanətlərinin əldə olunmasını tələb edir".

Lalə, BakuPost

Şərhlər
  • B/Verdiktəyev

    Xankəndinə, yarıməsrlik dost-qardaşlıq barışına davama uçan Azərbaycan Hökumət Vertolyotunun oradaca-Qarakənddə vurulma cinayətindən sonra on minlərlə günahsız-mülkü azərbaycanlıların kütləvi hərbi genosidini nə Kreml, nə BMTnin Ədalət, nə də Haaqa məhkəmələri mühakimə etmədiyindən dünya aləmi lənətləmir? Axı, SSRİnin həll səlahiyyətini əski DQMV sovetliyinin millətçiləri özBaşına 366cı hərbi alayın yerli (630 mindən çox) azərbaycanlılara qarşı terroru ilə *həllə* heç bir hüququ olmadığını terrorçu və hazırki Respublikaçı dəqiq bilirdi? Hazırda da SSRİdən öncəki ilkin bölüşməyə görə Ermənistana (elə Naxçıvanla təması kəsən Zəngəzurun qərbi və ondan çox kənd ərazilərinin əsassız verilməsini) *güzəştləri* bilməmiş deyil? PostSovet (1918dən özəl) Kreml mühakimə ilə onların hamısını Azərbaycana qaytaracaqdı! Rəsmi İrəvan elə, ona görə MDBdən də uzaqlaşmağa çalışmırmı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar