Ru
22:11 / 19 Avqust 2026

Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər?

Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər?
Eye

Avqustun 15-dən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinə start verməsi ilə əlaqədar "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.


Həmin vaxtdan etibarən "yaşıl" xətt üzrə hərəkət etmək istəyən sərnişinlər "28 May" və "Nizami" stansiyalarından çıxaraq, digər stansiyalar istiqamətində avtobuslarla hərəkət etməlidirlər.

Vətəndaşların fikrincə, hazırda metroda sıxlıq müşahidə edilməsə də, yeni tədris ili başlananda sərnişindaşımada çətinliklər yaranacaq, sıxlıq müşahidə ediləcək.

Maraqlıdır, bəs görəsən, sıxlığın həddən artıq çox olacağı təqdirdə distant təhsilə keçid edilə bilərmi?

"Bakupost" xəbər verir ki, bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev yeni tədris ilinin başlanması ilə Bakıda tələbə axını olacağını və sərnişindaşımada gərginlik yaranacağını bildirib:

"Bununla yanaşı, ölkəmizdə keçirilən "Formula-1" yarışlarını da nəzərə alsaq, sentyabr ayında kifayət qədər yüklənmə olacağı gözləniləndir. Bu kimi halın qarşısını almaq üçün bütün ali təhsil müəssisələrinin distanta keçməsi deyil, ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə distanta keçilməsi düşünülə, nəzərdən keçirilə bilər. Yəni humanitaryönümlü, praktiki işlər tələb olunmayan ixtisaslar üzrə distant təhsilə keçmək ümumi yükün azalmasına səbəb ola bilər".

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin pandemiya dövründən bəri distant təhsil sisteminə keçməklə bağlı təcrübələri var:

"Sıxlığın qarşısını almaq üçün ali təhsil müəssisələrində dərs günlərinin sayı azaldıla bilər. Yəni əyani və onlayn dərslərin qrafikləri tənzimlənərsə, həftədə iki dəfə olmaqla gün ərzində bir-iki dərs əyani formada, digər günlərdə distant formada təşkil oluna bilər. Habelə bəzi ixtisaslar ümumiyyətlə distanta keçə bilər və bununla da müvəqqəti olaraq bu sıxlığın qarşısını almaq mümkündür".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar