Ru
14:51 / 07 Oktyabr 2026

Sərnişindən ADY-yə etiraz: “Sadəcə insan kimi yaşamaq istəyirəm” - VİDEO

Sərnişindən ADY-yə etiraz:  “Sadəcə insan kimi yaşamaq istəyirəm” - VİDEO
Eye

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayının azaldılması vətəndaşın narazılığına səbəb olub.

“Bakupost” xəbər verir ki, bu barədə sərnişin sosial şəbəkədə paylaşdığı videoda danışıb.

Gənc ana olduğunu deyən sərnişin bildirib ki, əvvəllər saat 17:00-18:00 aralığında iki qatar hərəkət edib və hər ikisi həmişə dolu olub.

Onun sözlərinə görə, hazırda iki qatarın bir qatarla əvəzlənməsi nəticəsində sərnişinlər daha uzun müddət qatar gözləməli və sıxlıq şəraitində səfər etməli olurlar.

"İki qatar da ağzına kimi dolurdu və yola düşürdü. ADY nə etmək qərarına gəldi? O iki dolu qatardakı insanları birləşdirib bir qatara yığdı. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ üstəlik, oturacağam, ya oturmayacağam, qatara minəcəyəm, ya minməyəcəyəm - bunun dərdini və stresini çəkirəm.
Desəm ki, bu iki qatar tam dolmurdu, enerji və pul sərfiyyatıdır, deyərəm ki, yaxşı. Amma elə deyil. Mən sizin məntiqinizi başa düşmürəm. İnsanların işdən sonra qadın, kişi, uşaq, yaşlı demədən basabasda getməsindən, bu vəziyyətə düşməsindən həzz alırsınız? Mən niyə hər səhər və axşam insan kimi işə gedib-gəlmək əvəzinə bu vəziyyətdə getməliyəm? Artıq əsəbləşməkdən də bezdim. Hər şeydən bezdim. Sadəcə bir şey istəyirəm: insan kimi yaşamaq”, - deyə sərnişin etirazını bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar