Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarına İran limanlarına tətbiq olunan dəniz blokadasının dayandırması və danışıqlara qayıdılması üçün təzyiq göstərib.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street” nəşri məlumat yayıb.
Məlumata görə, Səudiyyə tərəfi bu addımın bölgədə gərginliyi artıracağından və ticarət yollarına, xüsusilə də Bab əl-Məndəb boğazına təhlükə yarada biləcəyindən narahatdır.
Rəsmi Ər-Riyadın həmçinin ABŞ-yə bölgədə vəziyyətin qeyri-müəyyən olduğunu və silahlı qrupların daha sərt cavab verə biləcəyini bildirib.
Ağ Ev isə öz növbəsində ABŞ-nin Körfəz ölkələri ilə əlaqədə olduğunu və İranın regionda təzyiq yaratmasına imkan verilməyəcəyini vurğulayıb.
Röya Rizvanzadə,BakuPost