Ru
23:13 / 01 Avqust 2026

Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı - Leyen

Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı - Leyen
Eye

İspaniyanın Seuta eksklavının sərhədini qanunsuz keçən miqrantların heç biri İspaniyanın materik hissəsinə və ya Avropa İttifaqının digər ölkələrinə daxil ola bilməyib.

"Bakupost" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib.

Onun sözlərinə görə, İspaniya və Mərakeş hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti sayəsində kütləvi sərhəd sındırma hadisəsində iştirak edənlərin mütləq əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.

Fon der Lyayen qeyd edib ki, Seutadakı böhran Aİ-nin xarici sərhədlərinə nəzarətin vacibliyini bir daha nümayiş etdirdi, lakin mövcud sistemi əlavə olaraq gücləndirmək lazımdır. O, həmçinin gələcəkdə Avropanın bu cür vəziyyətlərə hazırlığını artırmaq üçün baş verənlərin təhlil edilməsinə çağırıb.


Fon der Lyayen əlavə edib ki, Avropa Komissiyası ilk gündən İspaniyaya yardım təklif edib və Aİ-nin bir neçə ölkə liderinin vəziyyəti müzakirə etmək üçün növbədənkənar videokonfrans keçirmək təşəbbüsünü alqışlayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar