Ru
12:53 / 12 Sentyabr 2026

Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana gedib

Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana gedib
Eye

Çin Sədri Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana səfərə gedib.


Bu barədə "Bakupost" xarici mediaya istinadən xəbər verir.

Səfərin məqsədi Yeni Delhidə keçirilən BRICS liderlərinin sammitində iştirak etməkdir.

Si Cinpinin sammitdə çıxış edəcəyi, həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacağı və birlik ölkələrinin digər liderləri ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Məlumata görə, səfər 2020-ci ildə mübahisəli Himalay sərhədində baş vermis silahlı toqquşmadan sonra daha da mürəkkəbləşən Çin-Hindistan münasibətlərinin bərpası fonunda baş tutur. Toqquşma nəticəsində 20 hindistanlı və 4 çinli hərbçi həlak olmuşdu.

Son illər Pekin və Yeni Delhi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır.(

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar