Ru
16:00 / 25 İyun 2026

Şimali Koreya dəniz gücünü artırır: 5 min tonluq hərbi gəmi - FOTO

Şimali Koreya dəniz gücünü artırır: 5 min tonluq hərbi gəmi - FOTO
Eye

Şimali Koreya 5000 tonluq “Çoe Hyon” esminesini istismara verib. “Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, bu gəmi ölkənin indiyə qədər istehsal etdiyi ən böyük hərbi gəmi hesab olunur və donanmanın modernləşdirilməsi istiqamətində mühüm addım sayılır.

Lider Kim Çen In çıxışında bildirib ki, uzun illər donanma digər qoşun növləri ilə müqayisədə geri qalırdı. Onun sözlərinə görə, yeni gəmi ilə bu vəziyyət dəyişəcək və ölkənin dəniz gücü daha yüksək səviyyəyə çatacaq.

Analitiklər hesab edir ki, “Çoe Hyon” gəmi əleyhinə və quru hədəflərinə zərbə endirə bilən raket sistemləri ilə təchiz oluna bilər. Bu isə regionda hərbi balansın dəyişməsinə səbəb olacaq. Eyni zamanda ekspertlər qeyd edir ki, Şimali Koreyanın ABŞ və Cənubi Koreya kimi ölkələrlə rəqabət aparması üçün hələ uzun müddət lazımdır.

Kim Çen In həmçinin bildirib ki, bu gəmi yalnız başlanğıcdır və gələcəkdə daha böyük hərbi gəmilərin inşası planlaşdırılır.

Bahar Babaşova, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar