Ru
13:36 / 06 İyul 2026

Şıxovdakı çimərliyə çirkab suları axıdılır? - VİDEO/RƏSMİ AÇIQLAMA

Şıxovdakı çimərliyə çirkab suları axıdılır? - VİDEO/RƏSMİ AÇIQLAMA
Eye

Sosial şəbəkələrdə Şıxov çimərliyi ilə bağlı narahetdici görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, yayılan videoda dənizin içərisinə uzanan iri borudan suya bulanıq, çirkab maddəyə bənzər mayenin axıdıldığı əks olunub.

Görüntülər geniş müzakirələrə səbəb olub və bir çox sakin həmin axıntının kanalizasiya suyu olduğunu iddia edib.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Bakupost.az -ın sorğusuna cavabında yayılan görüntülərə aydınlıq gətirilib:

“Araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, sözügedən ərazidə gəmilərin yanalması məqsədilə müvafiq işlər aparılır. Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dib hissəsində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə əraziyə ötürülür”.

Qurumun açıqlamasında qeyd olunub ki, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar