Ru
15:25 / 30 May 2026

Siyəzəndə sel körpünü dağıtdı: Bu kəndə gedən əsas yol bağlandı - VİDEO

Siyəzəndə sel körpünü dağıtdı: Bu kəndə gedən əsas yol bağlandı - VİDEO
Eye

Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.

Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb.

Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.

Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər.

Ərazidən görüntüləri təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar