Ru
22:20 / 18 İyul 2026

“Siz tapşırıq verin, qalanını biz edəcəyik” – Kadırovdan Putinə müraciət

“Siz tapşırıq verin, qalanını biz edəcəyik” – Kadırovdan Putinə müraciət
Eye

“Biz piyada qoşunlarıyıq və Ali Baş Komandanın göstərəcəyi istənilən istiqamətdə irəliləməyə hazırıq. Xüsusi təyinatlı dəstələr isə yüksək çətinlik dərəcəsinə malik əmrləri yerinə yetirmək arzusu ilə sözün əsl mənasında alışıb-yanırlar”.

"Bakupost" "Yeni Avaz"a istinadla xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında yazıb.

“Torpaq həmişə Rusiyanın düşmənlərinin ayaqları altında yanıb və bundan sonra da onları yandıracaq, Vladimir Vladimiroviç. Siz sadəcə tapşırıq verin, qalanını biz edəcəyik.

Heç də pis olmazdı ki, elə NATO adının arxasında gizlənərək utanmadan, açıq şəkildə və nümayişkaranə şəkildə ukraynalı faşistlərə silah, məlumat və digər dəstək verən ölkələrdən başlayaq. Əgər onlar hələ də Rusiyanın bütün bunları səbir və əllərini yanına salaraq izləmək niyyətində olmadığını başa düşmürlərsə, deməli, artıq bunu onlara sadəcə başa salmağın deyil, həmin həqiqəti onların NATO boğazından zorla keçirməyin vaxtıdır. Trotil qoxusunu hiss edən, Kalaşnikovun gurultusunu və T-90 tanklarının səsini eşidən kimi hər şeyi anlayacaq və həqiqəti qəbul edəcəklər. Atəş açmağın vaxtıdır və məsələ bununla bitməlidir.

Bütün bu şeytani murdarlıq yalnız güc dilini anlayır. Onlar başa düşmürlər ki, Rusiya hazırda mülki əhali arasında itkiləri minimuma endirməyə çalışaraq hərbi əməliyyatlar aparır. Ancaq döyüş maşınımızın əyləclərini buraxdığımız, onun dəyirman daşları onların sümüklərini üyütməyə başladığı anda Qərbin bütün liderləri növbəyə düzülərək səmimi üzr istəməyə gələcəklər”, – deyə o yazıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar