Türkiyə Böyük Millət Məclisində (TBMM) Şimali Kipr Türk Respublikasının adının dəyişdirilməsi təklif olunub.
"Bakupost" Türkiyə mətbuatına istinadla xəbər verir ki, TBMM-nin Baş Assambleyasında Şimali Kipr Türk Respublikasının adından "şimal" sözünün çıxarılaraq "Kipr Türk Respublikası" adlandırılması təklif edilib.
Qeyd edilib ki, bu dəyişiklik ölkənin beynəlxalq aləmdə daha güclü təmsil olunmasına və hüquqlarının qorunmasına xidmət edə bilər.
Siyasi şərhçi Vüqar Ziferoğlu
Bakupost.az-a bildirib ki, Şimali Kipr Türk Respublikası adından "şimal" sözünün çıxarılması ideyası daha çox siyasi və simvolik məna daşıyır.
Ekspertin sözlərinə görə, bu yanaşmanın məqsədi ondan ibarətdir ki, "şimal" ifadəsi adanın yalnız bir hissəsinə iddia kimi qəbul edilməsin, əvəzində "Kipr Türk Respublikası" adı ilə adadakı türk xalqının bütövlükdə siyasi subyekt olduğu mesajı verilsin:
“Bununla yanaşı, bəzi tərəfdarlar hesab edirlər ki, bu ad dəyişikliyi gələcəkdə mümkün iki dövlətli həll modelini daha güclü siyasi arqumentlə müdafiə etməyə imkan verə bilər. Təklif TBMM-də fərdi deputat təşəbbüsü kimi gündəmə gətirilib və hələ dövlət siyasəti və ya qəbul edilmiş qərar deyil”.
Müsahibimiz beynəlxalq hüquq baxımından vəziyyətin fərqli olduğunu dedi:
“Şimali Kipr Türk Respublikasının beynəlxalq tanınması onun adından deyil, BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələri, eləcə də Kipr münaqişəsinin hüquqi statusu ilə bağlıdır. Bu səbəbdən yalnız adın dəyişdirilməsi nə BMT-də, nə də digər dövlətlər qarşısında tanınma məsələsini irəli aparacaq. Dövlətlər hüquqi statusa və siyasi mövqeyə əsasən qərar verirlər, ada görə yox.
Bu baxımdan əvvəlki adın diplomatik fəaliyyətə ciddi maneə yaratdığını söyləmək də düzgün olmazdı. Əsas problem ad deyil, beynəlxalq tanınmanın olmaması və Kipr probleminin hələ də həll edilməməsidir. Əgər bu fundamental məsələlər dəyişməzsə, "Şimali Kipr Türk Respublikası" və ya "Kipr Türk Respublikası" adlarının istifadəsi beynəlxalq hüquqi nəticələri əhəmiyyətli dərəcədə dəyişməyəcək”.
Digər tərəfdən, siyasi şərhçi hesab edir ki, "şimal" sözünün çıxarılması Rum tərəfindən bütün ada üzərində siyasi iddia kimi də şərh oluna bilər:
“Bu isə onsuz da mürəkkəb olan danışıqlarda əlavə gərginlik yarada və bəzi ölkələrin mövqeyini daha da sərtləşdirə bilər”.
Rüfət Sultan,
BakuPost
Beynəlxalq hüquqları aşan SİYASƏT (qarşılıqlı-anlaqlı mülayim diplomatiya ıvəzinə) onsuz da tükənən vahid Yer üzəri aləmini (1987ci) ildən igünlərlə dəf-təpki, aylarla-illərlə mühakimə edilməyən Hərbi Təcavüz Cinayətlərı daha çevik-ağır və geniş coğrafiyada (amansız-ağır vəhşiliklə) davam etdirir? Müharibə və Hərbi təcavüzlərə qarşı Beynəlxalq (təhlükkəsiz, qarşılıqlı-toxunulmaz) Sülh Nizamı (Memorandumu) öz BMT Baş Assambleyi, Təhlükəsizlik Şurası, Hüquqi Ədalət Məhkəməsi, lazım gələrsə NATO və hər hansı müharibəyə qarşı 80 il öncəki *Anti-Faşizm* ittifaqı kimi sərt müqavimət gərək deyilmi? İlkən toxunulmazlıqdır!!! Hər subyektin öz sərhəddi və onu aşmayan (konstitusion) hüquqları var-yetəri sayılır!