Ru
13:53 / 07 Sentyabr 2026

Skuterlər avtomobil yollarına buraxılmamalıdır: Hüquqşünasdan etiraz

Skuterlər avtomobil yollarına buraxılmamalıdır: Hüquqşünasdan etiraz
Eye

Son dövrlər paytaxtda skuterlərdən istifadə halları xeyli artıb.

Amma bəzi hallarda skuterlərdən istifadə edənlər təhlükəsizlik qaydalarına da riayət etməli olduqlarını unudurlar.

Skuter istifadəçiləri əksər hallarda ondan harda gəldi, necə gəldi istifadə edirlər ki, nəticədə də yolda təhlükəli vəziyyətlər yaranır. Skuterlərin yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir, avtomagistrallarda hərəkəti isə qadağandır. Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etmələri yolverilməzdir. Bu yaxınlarda Yasamal rayonunda skuter idarə edən şəxs yıxılaraq həyatını itirib.

Yaranmış vəziyyət skuter istifadəçilərilə bağlı da bir sıra addımların atılmasını vacib edir.

Hüquqşünas, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakupost”a bildirib ki, skuterlərdən istifadə məsələsi əslində onu ölkəyə gətirənlərin biznes maraqlarının təmin edilməsinə hesablanıb:


“Sovet dövründə DİN-ə müraciət olunmuşdu ki, yük motosikletlərinin şose yollarına buraxılmasına icazə verilsin. Sahədən taxıl yığıldıqdan sonra yerdə qalan çır-çırpının yığılmasından onlardan istifadə edilirdi. Amma torpaq yolu ilə hərəkət onlar üçün çətinlik yaradırdı. Buna baxmayaraq, DİN onların şose yollarına buraxılmasına icazə vermədi. Skuterlərdən istifadə məsələsinə gəldikdə, buna gedilməsi heç də vətəndaşın təhlükəsizliyinə yönələn istək deyil, daha çox onları ölkəyə gətirənlərin biznes maraqlarının təmin olunmasıdır”.

Müsahibimizin sözlərinə görə, Bakının yolları bu kimi “nəqliyyat vasitələri”nin hərəkətinə hesablanmayıb:

“Skuter istifadəçiləri də əksər hallarda qaydalara əməl etmədən hərəkətin əksinə hərəkət edirlər”.

Bu mənada ekspert skuterlərin avtomobil yollarına buraxılmasını yolverilməz hesab edir:

“Paytaxt buna hazır deyil. Müvafiq qurumlar skuterlərdən müdafiə yollarını tapa bilmirlər. Yeganə çıxış yolu avtomobil yollarının velosipedlər, skuterlər üçün bağlanmasıdır. Yalnız avtomobillərin hərəkət istiqamətinə doğru, sağ tərəfdəki zolaqla gedə bilərlər”.
Magistral və şəhərdaxili yollara skuterlərin buraxılması üçün qaydalar müəyyən edilməlidir. Ondan istifadə etmək istəyənlər üçün əvvəlcə kurslar təşkil edilməli, onlar maarifləndirilməlidirlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar