Slovakiya NATO-nun Ankarada keçiriləcək sammitində Ukraynaya yeni hərbi kredit ayrılmasını dəstəkləməyəcək.
Bakupost.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso STVR telekanalının “Şənbə dialoqları” proqramında danışıb.
Baş nazir qeyd edib ki, Slovakiya nümayəndə heyətinin mandatında ölkənin Ukrayna üçün növbəti hərbi kredit proqramına qoşulmasına imkan verən heç bir müddəa olmamalıdır.
“Ankaraya gedəcək nümayəndə heyətinin Slovakiyanı hərbi kredit proqramına cəlb etmək imkanı olmaması üçün bütün danışıqları bu istiqamətdə aparacağam”, – deyə Fitso bildirib.
O əlavə edib ki, digər ölkələrin Ukrayna üçün vəsait toplamasına mane ola bilməyəcəklərini anlayır.