SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Ağstafa rayonunda keçiriləcək
Bakupost.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu ????️22 may saat ????11:00-da ????Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.