Beynəlxalq Valyuta Fondu son hesabatını açıqlayıb, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük: 1) Gürcüstan – 9570 dollar, 2) Ermənistan – 8860 dollar, 3) Azərbaycan – 7600 dollar.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O xatırladıb ki, cəmi 10-15 il bundan öncə Azərbaycan bu göstəriciyə görə Cürcüstan və Ermənistanı 2 dəfəyə yaxın qabaqlayırdı:
“Bu göstərici rifahın vəziyyətini əks etdirir – ölkəmizdə rifah, gəlir azalır və ən acınacaqlı hal budur ki, bu tendensiya, yəni, ölkəmizin geriləməsi hər il daha da sürətlənir.
Qardaş Qazaxıstana görə isə sevindim – ilk dəfədir ki, adambaşına düşən ÜDM-ə görə dost ölkə Rusiyanı keçdi, MDB-də 1-ci oldu: Qazaxıstanda adambaşına düşən ÜDM 14770 dollar olub! Yəni Azərbaycandan, az qala, 2 dəfə çox!
Səbəbi çox sadədir – Qazaxıstanda aşırı tənzimləmədən imtina, biznes-dostu vergi-gömrük məcəlləsi qəbul etdilər. Ən əsası, məhkəmə sistemini beynəlxalq standartlara görə təsis etdilər, indi xarici investorlar, iş adamları istəsələr məhkəmə işlərini ingilis dilində də aparırlar, bunun üçün Britaniyadan təqaüdə çıxmış onlarla hakimi Qazaxıstana dəvət etdilər”.
Asena,
BakuPost
Cənab İqtisadi Ekspert nədən, avropaya strateji neft+qaz yanacaq-enerji layihələrimizlə daxil olduğumuz adekvat ölçüdə avropa dövlətləri ilə müqayisələndirməyib? Özümüzü, sərvətimizi yüksək qiymətləndirə bilmədkcə, kənardan ucuzlaşdırma cəhdi müşahidə olunmasa da yüksək-optimal əvəz dəyərini dəqiq-ciddi diqqətdə saxlamaq vacib deyilmi? Bir litr neftə qiymət, bir litr suyu ödəmirsə, içməli saf su axını ilə hələ onlarla müxtəlif dəyərli məhsul verəcək enerjili neftin qiymətlər münasibəti maliyyə hesabı və siyasi baxımdan necə fərqlənir?